Ermənistandakı zəlzələ Azərbaycanda da hiss olundu

Ermənistandakı zəlzələ Azərbaycanda da hiss olundu
  06 Fevral 2021    Oxunub:3171
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 19:36-da Ermənistan ərazisində Göyçə gölünün yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Azvision.az-a bildirilib ki, zəlzələnin dərinliyi 2 kilometr olub.

Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Qazax, Tovuz, Gədəbəy, Gəncədə 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Azvision.az


Teqlər: Zəlzələ  






Xəbər lenti