Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
  06 Fevral 2021    Oxunub:2581
Türkiyədə son sutka ərzində 110 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 7901 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 26 577, virusa yoluxanlar isə 2 516 889 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 404 416 pasiyent (son sutkada 8217 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  



Xəbər lenti