Peyvənd olunanların sayı yoluxanlardan çoxdur

   Peyvənd olunanların sayı yoluxanlardan çoxdur
  06 Fevral 2021    Oxunub:2969
Dünyada koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunanların sayı virusa yoluxanların sayını ötüb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

"Qısa müddət ərzində bu xoş xəbər diqqətəlayiq nailiyyətdir. Lakin peyvəndlərin dörddə üçündən çoxu yalnız 10 ölkədə istifadə edilib", - ÜST rəhbəri deyib.

Qebreyesus tibb işçilərini və yaşlı insanları peyvənd edən ölkələri digər dövlətlərə də yardım etməyə çağırıb. Onun sözlərinə görə, peyvəndlərin bölüşdürülməsi əhalini qorumağın ən yaxşı yoludur.

Azvision.az


Teqlər: ÜST   Vaksin  



Xəbər lenti