“Ulduz müharibələri”nin aktrisası vəfat edib

“Ulduz müharibələri”nin aktrisası vəfat edib
  06 Fevral 2021    Oxunub:6964
“Ulduz müharibələri” filmində rol alan avstraliyalı müğənni və aktrisa Trişa Noubl vəfat edib.
Azvision.az xəbər verir ki, 76 yaşlı aktrisa onkoloji xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Noubl “Ulduz müharibələri: Epizod II - Klonların hücumu” (2002) və “Ulduz müharibələri: Epizod III – Sithlərin qisası” (2005) filmlərində iştirak edib. O, Padme Amidalın (Natali Portman) anası Kobel Nabberri rolunu canlandırıb.

Aktrisa, həmçinin “Təhlükəli adam”, “Fantaziyalar adası”, “Kolombo” və digər seriallarda da çəkilib.

Trişa Noubl eyni zamanda müğənnilik fəaliyyəti ilə də məşğul olub. O, ən yaxşı müğənni kimi “Logie Awards” mükafatına layiq görülüb.

Azvision.az


Teqlər: Aktrisa   Müğənni  





Xəbər lenti