Zəngəzurun bu ərazisi də Azərbaycanın nəzarətinə keçdi

 Zəngəzurun bu ərazisi də Azərbaycanın nəzarətinə keçdi
  06 Fevral 2021    Oxunub:7959
Zəngəzurun Xinzirək kəndi istiqamətində bəzi ərazilər Azərbaycanın nəzarətinə keçib.
Azvision.az xəbər verir ki, kənd icmasının rəhbəri Yervand Malunts erməni KİV-lərində yayılan məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, fevralın 4-də Ermənistan silahlı bölmələri bəzi mövqelərdən geri çəkiliblər, həmin ərazilər Azərbaycana təhvil verilib.

Malunts, həmçinin deyib ki, kənddə yerləşən evlərlə Azərbaycan hərbçilərinin mövqeləri arasında cəmi bir neçə yüz metr məsafə var.

Xatırladaq ki, Xinzirək kəndi Azərbaycanın Qubadlı rayonu ilə həmsərhəddir. Daha əvvəl sərhədlərin müəyyənləşdirilməsi zamanı Şurnux kəndinin bir hissəsi Azərbaycanın nəzarətinə keçmişdi. Sovet dövrü xəritələrinə əsasən, həmin kəndin ərazisinin bir hissəsi Azərbaycanın tərkibinə olub.

Azvision.az


Teqlər: Zəngəzur  





Xəbər lenti