Türkiyədə növbəti 56 saatlıq “Evdə qal!” rejimi başladı

Türkiyədə növbəti 56 saatlıq “Evdə qal!” rejimi başladı
  06 Fevral 2021    Oxunub:2376
Türkiyədə koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq edilən 56 saatlıq növbəti “Evdə qal!” rejimi başlayıb.
Azvision.az xəbər verir ki, fevralın 5-də Ankara vaxtı ilə saat 21:00-da qüvvəyə minən rejim fevralın 8-də saat 5:00-dək davam edəcək. Rejimi pozanlara qarşı ciddi tədbirlər görülür.

Hazırda Türkiyədə “Evdə qal!” rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti