Yunanıstanda karantin qaydaları sərtləşdirilir

Yunanıstanda karantin qaydaları sərtləşdirilir
  06 Fevral 2021    Oxunub:1679
Yunanıstanın Afina, Saloniki və digər bölgələrində karantin qaydaları sərtləşdirilir.
Azvision.az xəbər verir ki, bu barədə Yunanıstan hökuməti məlumat yayıb.

Bildirilib ki, 6-15 fevral tarixlərində paytaxt Afina, Saloniki, Attika bölgəsində iş günləri insanların küçələrdə və ya ictimai yerlərdə hərəkətinə axşam saat 21:00-dan səhər 05:00-dək qadağa qoyulacaq. Şənbə və bazar günləri komendant saatı 18:00-da başlayacaq və səhər 05:00-a qədər davam edəcək.

Bundan əlavə, bir bölgədən digərinə hərəkət qadağası davam edir.

Attika və Salonikidə liseylər 6-15 fevral tarixlərində bağlanacaq, digər məktəblər və uşaq bağçalarının fəaliyyətinə icazə veriləcək.

Qeyd edək ki, Yunanıstanda indiyədək 139 min 447 nəfər koronavirusa yoluxub, 4881 nəfər bu xəstəlikdən dünyasını dəyişib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Yunanıstan   Karantin   Koronavirus  



Xəbər lenti