ÜST: Koronavirusun yayılma sürəti azalır

 ÜST:  Koronavirusun yayılma sürəti azalır
  06 Fevral 2021    Oxunub:2580
Dünyada koronavirusun yayılma sürəti azalır, lakin ölkələr mübarizə tədbirlərini davam etdirməlidirlər.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisi Mariya van Kerkoven bildirib.

"Bir sıra ölkələrdə yoluxma sayında azalmanı müşahidə edirik. Bu, ilk növbədə virusun ötürülmə zəncirlərini kəsən tədbirlərin tətbiqi ilə əldə edilib. Koronavirusla mübarizədə başqa bir güclü vasitə vaksinasiyanın aparılmasıdır”, - deyə Kerkoven əlavə edib.

O, virusa yoluxma sayının azaldığı ölkələri pandemiya ilə mübarizə tədbirlərini davam etməyə çağırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus  



Xəbər lenti