Trampı dəstəkləyən məşhur aparıcı efirdən uzaqlaşdırıldı
Şirkətin nümayəndəsi deyib ki, proqramın ləğvi yayım cədvəlinin müntəzəm nəzərdən keçirilməsi ilə əlaqəlidir və əvvəlcədən planlaşdırılıb.
“Lou Dobbs Tonight'ın son buraxılışı cümə günü “Fox Business”də yayımlanıb, lakin başqa aparıcı efirdə olub.
Bazar ertəsindən etibarən onun proqramını “Fox Business Tonight” əvəzləyəcək.
“CNN” isə bir mənbəyə istinadən “Fox News Media” rəhbərliyinin Dobbsu kanalında işləməkdən imtinaya məcbur etdiyini açıqlayıb.
“Women for Trump” təşkilatının həmtəsisçisi Emi Kremer Tvitterdə Trampın açıqlamasını paylaşıb. Sabiq ABŞ lideri Dobbsun fəaliyyətini izləyəcəyini və "Amerikanı Loudan çox heç kim sevmir", deyib.
Aparıcı da öz növbəsində keçmiş prezidentə xoş sözlər üçün təşəkkür edib.
Qeyd edək ki, daha əvvəl “Smartmatic USA” seçki şirkəti “Fox News Media”ya və onun Dobbs da daxil olmaqla bir sıra aparıcılarına qarşı iddia qaldırıb. 2.7 milyard dollar təzminat tələb edən iddiaçı telekanalı şirkətə qarşı dezinformasiya kampaniyası aparmaqda günahlandırır.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


