Ərdoğan azərbaycanlı alimə vəzifə verdi

Ərdoğan azərbaycanlı alimə vəzifə verdi
  06 Fevral 2021    Oxunub:3015
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı alim Aygün Attarı Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü təyin edib.

Azvision.az xəbər verir ki, müvafiq qərar “Resmi Gazete”də dərc olunub.
Azərbaycanda anadan olmuş A.Attar daha sonra fəaliyyətini Türkiyədə davam etdirib. O, 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olub. 2019-cu ildən Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəridir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AygünAttar   Ərdoğan  



Xəbər lenti