Yeni ştammlar yoluxma və ölüm sayını artıra bilər
Hər üç ştamm üzrə araşdırma aparan dərnəklər qabaqlayıcı tədbirləri sərtləşdirməklə yanaşı, əlavə tədbirlər görməyin vacibliyini vurğulayıblar.
Məlumata əsasən, üç ştammın (B.1.1.7, B.1.351, P.1) yoluxduruculuğu sürətlə artır. Nəticədə daha çox insan xəstəliyə yoluxur.
Avropa Xəstəliklərə Nəzarət Mərkəzi yayılma ehtimalını çox yüksək olaraq qiymətləndirir. Böyük Britaniyada ortaya çıxan B1.1.7 ştammının yoluxduruculuğu 40-70 faiz civarındadır. Bu, yaşlı insanlar və ya yanaşı xəstəlikləri olanlar da daxil olmaqla, bütün yaş qruplarında xəstəxanaya müraciətləri və ölüm nisbətlərini artıra bilər. Hər üç ştamm xəstəlikdən sağalanları yenidən yoluxdura bilər.
Aytən Zəhra
Azvision.az
Teqlər: Koronavirus Yeniştamm







Vaxtında, Aydın, Lazımlı!


