Diplomatlar erməni vandallığının şahidi olacaqlar

Diplomatlar erməni vandallığının şahidi olacaqlar
  06 Fevral 2021    Oxunub:2126
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına gedir.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində məlumat paylaşılıb.

Qeyd edilib ki, diplomatlar işğal müddətində dəymiş ziyanın miqyasına şahidlik edəcəklər:

"27 illik işğal zamanı dəymiş ziyanın həcminin canlı şahidi olmaq üçün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusla birgə işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına gedirik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN  



Xəbər lenti