Rusiyada COVID-19-dan ölənlərin sayı 76 mini keçdi

Rusiyada COVID-19-dan ölənlərin sayı 76 mini keçdi
  06 Fevral 2021    Oxunub:1658
Rusiyada son sutka ərzində koronavirusa 16 627 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 951 233 nəfərə çatıb.

Rusiyada bir gündə 497 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 76 229 nəfərdir. İndiyədək 3 436 326 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti