Kitabxana yandı- VİDEO

Kitabxana yandı-  VİDEO
  26 Mart 2013    Oxunub:1258
Nevinqton kitabxanasının söndürülməsi üçün 15 yanğınsöndürən maşın və yüzlərlə yanğınsöndürən çağrılıb
Böyük Britaniyanın paytaxtı Londonda şəhərin ən böyük kitabxanalarından biri yanıb. Londonun cənub-şərqində yerləşən Nevinqton kitabxanasının söndürülməsi üçün 15 yanğınsöndürən maşın və yüzlərlə yanğınsöndürən çağırılıb.

Bildirilir ki, yanğın binanın üst mərtəbəsində baş verib. Bütün rayon ağ tüstüyə bürünüb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Buna baxmayaraq, qədim kitabxananın əksər hissəsi yanaraq külə dönüb. Xilasedicilər 30 işçini təxliyyə bildirib. Yanğının baş vermə səbəbləri isə hələki məlum deyil.




Teqlər:  





Xəbər lenti