UNESCO tezliklə Qarabağa missiya göndərə bilər

 UNESCO tezliklə Qarabağa missiya göndərə bilər
  06 Fevral 2021    Oxunub:3250
UNESCO Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik bölgələrinə səfərinin yaxın gələcəkdə baş tutacağına ümid edir.
Azvision.az xəbər verir ki, bu barədə “TASS”a beynəlxalq təşkilatın mətbuat xidmətindən bildirilib.

"Müzakirələr (səfərin təşkili ilə bağlı-red) davam edir. Ümid edirik ki, missiya yaxın gələcəkdə baş tuta bilər”, - deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, Azərbaycan dəfələrlə UNESCO-ya son 30 il ərzində işğal altında olmuş ərazilərdə mədəni irs obyektlərinin monitorinqi məqsədilə missiya yollaması üçün müraciət etsə də, bu müraciətlər cavabsız qalırdı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: UNESCO  



Xəbər lenti