Xarici diplomatlar Cəbrayıldakı dağıntılara baxdılar

 Xarici diplomatlar Cəbrayıldakı dağıntılara baxdılar
  06 Fevral 2021    Oxunub:4034
Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Cəbrayıl şəhərinə səfər ediblər.
Azvision.az xəbər verir ki, diplomatik korpus nümayəndələri Cəbrayılda məzarlıq və ermənilər tərəfindən dağıdılmış digər ərazilərlə tanış olublar.

Qeyd edək ki, diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət edirlər.



Azvision.az


Teqlər: Cəbrayıl   Diplomatik-Korpus  






Xəbər lenti