Kəsirli tələbələr ali məktəblərdən qovulmayacaq

Kəsirli tələbələr ali məktəblərdən qovulmayacaq
  19 Fevral 2014    Oxunub:1842
Azərbaycanda bundan sonra tələbələr təhsil aldıqları müddətdə lazımi qədər kredit toplamamalarına görə məktəbdən xaric edilə bilməzlər.

AzVision.az məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehli bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, tələbələr tələb olunan kreditləri istənilən müddətə toplaya biləcəklər.

"Bununla yanaşı, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"a əsasən, məktəbdən xaric edilmiş tələbə həm bakalvr, həm də magistratura səviyyələri üzrə ali məktəbə istənilən qədər bərpa oluna bilər. Bununla bağlı heç bir məhdudiyyət qoyulmayıb. Məktəbdən xaric edilən tələbə xaric edildikdən 1 semestr sonra bərpa olunmaq üçün müraciət edə bilər".


Teqlər:  





Xəbər lenti