Serbiya koronavirusla necə mübarizə aparır?

Serbiya koronavirusla necə mübarizə aparır?
  06 Fevral 2021    Oxunub:2863
Son məlumatlara görə, Serbiyada koronavirusa ümumilikdə 404 668 nəfər yoluxub, 4099 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, ölkədə sutkalıq yoluxma sayı 1968 nəfər təşkil edir.

Hökumət virusun yayılmasının qarşısını almaq üçün bir sıra addımlar atmaqdadır, artıq ölkədə vaksinasiyaya başlanılıb.

Son sutkada 2 nəfər koronavirusa yoluxub
Serbiyanın Bakıdakı səfirliyinin yaydığı məlumata əsasən, Serbiya Böyük Britaniyadan kənarda, Avropada Pfizer/Biontek peyvəndi alan ilk ölkə, Birləşmiş Krallıq və İsveçrədən sonra kütləvi peyvənd kampaniyası başladan üçüncü ölkədir.

Serbiyanın hökumət rəhbəri Ana Brnabiç, Torlak Viroloji Peyvənd və Serum İnstitutunda Pfizer/Bionteki peyvəndini vurduran ilk Avropa Baş naziri olub. (24 dekabr 2020).

Avropa İttifaqı üzv dövlətlərə 27 dekabrda kütləvi vaksinasiyaya başlamaq üçün bir gün əvvəl peeyvəndləri çatdırdı. Bununla birlikdə, üç üzv ölkədə (Almaniya, Macarıstan və Slovakiya) peyvənd kampaniyası 26 dekabrda start götürdü.



Serbiya yanvar ayında Pfizer/Biontek konsorsiumundan daha 16 000 doza peyvənd alacaq. Beləliklə, digər peyvəndlərlə birlikdə yanvar ayında cəmi bir milyon doza, birinci rüb ərzində isə ümumilikdə iki milyon dozaya sahib olacaq. AstraZeneca, Moderna və bəzi miqdarda Rusiyanın “Sputnik V” peyvəndlərini də əldə edəcək.

Yanvar ayında bir milyon doza Çin peyvəndi “SinoPharm” Serbiyaya çatdırılıb.
Serbiya 4 milyon insana 8 milyon doza üçün müxtəlif peyvənd istehsalçıları ilə razılaşmalar əldə edib.

Ölkədə vaksinasiya üç mərhələdə aparılır. Birinci mərhələyə (əhalinin 1-10%-i) infeksiya və ya yoluxma riski ən yüksək olan səhiyyə müəssisələrində işləyənlər, eləcə də qocalar evlərindəki və digər sosial yardım müəssisələrindəki işçilər daxildir. Bu mərhələdə yaşlı qruplar da aşılanacaq. İkinci mərhələ (əhalinin 11-20% -i) birinci mərhələyə daxil olmayan yaşlı qrupları və cəmiyyətin fəaliyyəti üçün vacib olan müəyyən qurumların işçilərini əhatə edəcək.

Üçüncü mərhələdə (əhalinin 21-50%-i) risk faktorlarından asılı olmayaraq, 50-64 yaş arası vətəndaşların, habelə risk faktoru olan 50 yaşdan kiçik şəxslərin peyvənd edilməsi planlaşdırılır. Ümumilikdə, üçüncü mərhələ Serbiya Respublikasının təxminən 1 milyon 750 min vətəndaşını əhatə edəcəkdir.

Məlumatda qeyd edilir ki, Serbiyanın Səhiyyə Nazirliyi 6 mart 2020-ci ildə ilk koronavirus (COVID-19) infeksiyasına yoluxma hadisəsini təsdiqləyib. Digər ölkələr kimi, Serbiya da ilk növbədə səhiyyə sahəsində 2020-ci ildə ciddi problemlərlə üzləşdi və ölkədəki bütün faktorlar virusun yayılmasının qarşısının alınmasına, vətəndaşların həyat və sağlamlığının qorunmasına yönəldildi. Serbiya bu problemlərin öhdəsindən Avropanın və dünyanın bir çox varlı və inkişaf etmiş ölkələrindən daha yaxşı gəldi.

Ölkədə 15 mart 2020-ci ildə fövqəladə vəziyyət elan edildi və 6 may 2020-ci ildə ləğv edildi, Böhran qərargahı yaradıldı, toplanışların qadağan edilməsi, sosial məsafələr, məsafədən iş, onlayn dərslər, iş saatlarının azaldılması, xarici ölkələrdən vətəndaşların, Serbiyadakı xarici vətəndaşların öz ölkələrinə qayıtması, iqtisadi kömək tədbirlər görüldü, COVID xəstəxanaları açıldı, vətəndaşlara gündəlik məlumat verildi, veb saytlar və çağrı mərkəzi xətlər yaradıldı. Səhiyyə işçilərinin əmək haqları artırıldı.

Tədbirlər mövcud epidemioloji vəziyyətə uyğun olaraq dəyişdirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus   Serbiya  





Xəbər lenti