Fransada üçüncü dəfə karantin tətbiq edilə bilər

Fransada üçüncü dəfə karantin tətbiq edilə bilər
  06 Fevral 2021    Oxunub:1692
Fransada koronavirus pandemiyası ilə bağlı epidemioloji vəziyyət pisləşəcəyi halda üçüncü dəfə karantin rejimi tətbiq oluna bilər.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Jan Kasteks deyib.

O, son günlərdə yoluxma tempinin azaldığını və buna hökumətin əvvəlki həftələrdə gördüyü işlərin səbəb olduğunu vurğulayıb.

Baş nazir, karantin rejiminin bir sıra sahələrdə mənfi fəsadlar doğuran son vasitə olduğunu söyləyib, bununla belə, vəziyyət pisləşərsə, karantinin tətbiqini istisna etməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa   Karantin  





Xəbər lenti