Myanma parlamenti ölkədəki hərbi çevrilişi pislədi
“Birlik Məclisinin (Myanma parlamenti) növbədənkənar iclası onlayn keçirildi. 298 deputatın iştirak etdiyi iclasda yekdilliklə ümumi açıqlama qəbul edildi", - məlumatda deyilir.
Myanma parlamenti iki palatadan ibarətdir. Son seçkidə hakim Milli Demokratiya Liqası hər iki palatada ümumilikdə 396 yer qazanaraq, parlament çoxluğunu təmin etdi.
Xatırladaq ki, fevralın 1-də parlamentin iclasının başlamasına az qalmış seçkilərin saxtalaşdırmasını əsas gətirən hərbçilər ölkənin rəhbər şəxslərini, həmçinin bir sıra məmurları və deputatları saxlayıblar. Ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edilib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Myanma







Vaxtında, Aydın, Lazımlı!


