“National Geographic” azad edilmiş ərazilərdən fotoreportaj yaydı

   “National Geographic” azad edilmiş ərazilərdən fotoreportaj yaydı
  06 Fevral 2021    Oxunub:2559
ABŞ-ın nüfuzlu “National Geographic” jurnalında azərbaycanlı fotoqraf Rəna Əfəndinin “Mən evimin hələ öz yerində qalıb-qalmadığını bilmirəm” sərlövhəli fotoreportajı dərc olunub.
Azvision.az -ın məlumatına görə, reportaj erməni işğalından azad edilmiş Ağdam, Qubadlı, Füzuli və Kəlbəcər rayonlarından hazırlanıb. Materialda Birinci Qarabağ müharibəsi dövründə həmin ərazilərdən qovulmuş ailələrin taleyindən bəhs edilir.

Onlardan biri də İradə Quliyevadır.

“Biz hər şeyi qoyub getdik. Hətta pulumuzu və sənədlərimizi də götürə bilmədik. Haçansa oraya qayıdacağımıza ümidimizi itirmişdik”, - deyə keçmiş məcburi köçkün bildirib.

Qeyd edilir ki, 1992-ci ildə Ağdam rayonu erməni qoşunları tərəfindən işğal edilərkən İradə və onun ailəsi Qasımlı kəndini tərk ediblər. Onlar Bakı ətrafında sovet dövründən qalmış sanatoriyada sığınacaq tapıb, 20 ildən çoxdur ki, orada yaşayırlar.

İndi Quliyevlər ailəsi doğma yurdlarına qayıdacaqları günü səbrsizliklə gözləyirlər.

Fotoreportajdan bəzi görüntüləri təqdim edirik:















Azvision.az


Teqlər: “NationalGeographic”  





Xəbər lenti