Ermənistanda benzin və ərzaq bahalaşdı

Ermənistanda benzin və ərzaq bahalaşdı
  06 Fevral 2021    Oxunub:3526
Ermənistanda benzinin qiyməti qalxıb.
Azvision.az xəbər verir ki, erməni KİV-lərində yayılan məlumata görə, benzinin qiyməti 20 dram bahalaşıb. Adi benzinin bir litri 390-400, premium isə 410-430 dram olub.

Müqayisə üçün qeyd edək ki, bir il əvvəl benzin 310, premium isə 330 dram idi.

Bundan başqa, Ermənistan mətbuatı ölkədə bahalaşma dalğasından da yazıb. Bildirilir ki, 2020-ci ilin yanvar ayı ilə müqayisədə 2021-ci ilin müvafiq dövründə Ermənistanda bir sıra qida və digər məhsullarda əhəmiyyətli dərəcədə bahalaşma qeydə alınıb.

Milli Statistika Xidmətinin rəsmi məlumatlarına görə, bitki yağlarının qiymətləri 44,3, şəkər 40,7, yumurta 26,4, süd məhsulları 7.7, meyvə 12, tərəvəzlər 9,9, sarımsaq 95,4, göyərti məhsulları 53,5, çörək 7,9, un 12,5, alkoqol və tütün məhsulları 6,8, qeyri-ərzaq məhsulları isə 5.5 faiz bahalaşıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Bahalaşma  





Xəbər lenti