Moskvada güclü yanğın: İki uşaq öldü, xəsarət alanlar var

  Moskvada güclü yanğın:  İki uşaq öldü, xəsarət alanlar var
  06 Fevral 2021    Oxunub:2258
Rusiyanın paytaxtı Moskvanın Mosrentgen qəsəbəsində ölümlə nəticələnən yanğın olub.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Yanğın doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindəki mənzillərdən birində baş verib. Alov təxminən 25 kvadratmetr ərazini və üçüncü mərtəbədən doqquzuncu mərtəbəyə qədər eyvanları əhatə edib.

Yanğın nəticəsində 12 nəfər xəsarət alıb, 2 nəfər ölüb. Yaralananların hamısı müayinə və yardım üçün xəstəxanaya çatdırılıb. Ölənlərin uşaqlar olduğu bildirilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: yanğın  



Xəbər lenti