Moskvada güclü yanğın: İki uşaq öldü, xəsarət alanlar var
Yanğın doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindəki mənzillərdən birində baş verib. Alov təxminən 25 kvadratmetr ərazini və üçüncü mərtəbədən doqquzuncu mərtəbəyə qədər eyvanları əhatə edib.
Yanğın nəticəsində 12 nəfər xəsarət alıb, 2 nəfər ölüb. Yaralananların hamısı müayinə və yardım üçün xəstəxanaya çatdırılıb. Ölənlərin uşaqlar olduğu bildirilib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: yanğın







Vaxtında, Aydın, Lazımlı!


