İngilis səfirin Cəbrayıldan paylaşımı erməniləri məyus etdi

 İngilis səfirin Cəbrayıldan paylaşımı erməniləri məyus etdi
  06 Fevral 2021    Oxunub:5017
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpın “Twitter” hesabında işğaldan azad olunmuş Cəbrayıl rayonundan paylaşım etməsi Ermənistan KİV-lərinin diqqətini çəkib.
Azvision.az xəbər verir ki, səfirin paylaşımı sosial şəbəkələrin erməni seqmentində geniş müzakirələrə səbəb olub. Ermənilər buna görə məyus olduqlarını gizlətməyiblər.

“İngilis səfir “Twitter”də bir şəkil yerləşdirərək Azərbaycan dilində paylaşım edib. O yazıb: “Bu gün işğaldan azad olunmuş ərazilərdəyəm. Bu, Cəbrayıldır. Beş il, on il əvvəl kimə desəydin ki, belə bir hadisə olacaq, bizə gülərdilər. Bu da diplomatiyamızın süqutunun daha bir təcəssümü",- deyə erməni KİV-ləri yazıb.



Qeyd edək ki, bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri işğaldan azad olunmuş Cəbrayıl və Zəngilana səfər ediblər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Səfir   Paylaşım   Cəbrayıl  



Xəbər lenti