Ermənistanda itkin hərbçilərin valideynləri aksiya keçirir

 Ermənistanda itkin hərbçilərin valideynləri aksiya keçirir
  06 Fevral 2021    Oxunub:2301
Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında itkin düşən hərbçilərin valideynləri etiraz aksiyası keçirir.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, etirazçılar nazir Vaqarşak Arutyunyanla görüşənə qədər ərazini tərk etməyəcəklərini deyiblər.

"Bizə dedilər ki, nazir indi burada deyil, görüşə gedib, bizi nə vaxt qəbul edəcəyini bilmirik", -deyə aksiya iştirakçılarından biri vurğulayıb.

Onlar naziri gözləyəcəklərini bildiriblər.

Xatırladaq ki, Ermənistada itkin düşən hərbçilərin valideynləri mütəmadi olaraq aksiyalar keçirir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: etirazaksiyası  





Xəbər lenti