Ermənistan ordusunda silah oğurluğu artır

Ermənistan ordusunda silah oğurluğu artır
  06 Fevral 2021    Oxunub:2404
Son vaxtlar Ermənistan ordusunun hərbi hissələrində silahların itməsi, yaxud oğurlanaraq satılması faktları qeydə alınır.
Azvision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.

Ermənistan silahlı qüvvələrinin 5-ci ordu korpusunun həmlə-desant taborunda keçirilən yoxlama zamanı bir ədəd atıcı silahın “itməsi” müəyyən edilib.

Komandanlıq faktla bağlı hələlik hüquq-mühafizə orqanlarına məlumat verməyib. Silahın oğurlandığı ehtimal edilir.

Azvision.az


Teqlər: Ermənistan   Silah  



Xəbər lenti