Britaniyada vəziyyət hələ də kritik həddədir

Britaniyada vəziyyət hələ də kritik həddədir
  07 Fevral 2021    Oxunub:2653
Böyük Britaniyada son sutka ərzində 18 262 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 3 929 835 nəfərə çatıb.

Ötən 24 saatda daha 828 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 112 092 nəfərdir. Britaniyada COVID-19-la bağlı vəziyyət hələ də kritik həddədir.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus   Pandemiya  





Xəbər lenti