İlon Maskın sərvəti bir həftədə 11,5 milyard dollar artdı

İlon Maskın sərvəti bir həftədə 11,5 milyard dollar artdı
  07 Fevral 2021    Oxunub:2171
"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri, Amerikalı iş adamı İlon Maskın aktivlərinin ümumi dəyəri bir həftə ərzində 11,5 milyard dollar artıb.
Azvision.az xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb.

Nəşrin hesablamalarına əsasən, iş adamının sərvəti 184,3 milyard dollara çatıb. "Tesla" şirkətinin sərmayələrinin məzənnəsi bir həftədə 7,4 faiz artıb. Ötən gün ABŞ-da keçirilən ticarət sessiyasından sonra qiymətli kağızların dəyəri 852,23 dollara yüksəlib.

"Bloomberg" agentliyi İlon Maskın aktivlərinin ümumi dəyərini 203 milyard dollar olaraq qiymətləndirir. İş adamının sərvətinin il ərzində artmasının əsas səbəbi "Tesla"nın kapitallaşmasının artması göstərilir.

Azvision.az


Teqlər: İlon-Mask  





Xəbər lenti