Niderlandda hər 17 nəfərdən biri virusa yoluxub

Niderlandda hər 17 nəfərdən biri virusa yoluxub
  07 Fevral 2021    Oxunub:3015
Niderlandda yeni növ koronavirus infeksiyasına yoluxanların sayı milyonu keçib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə və Ətraf Mühit İnstitutu məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 4130 yeni yoluxma faktı aşkarlanıb. Ümumilikdə isə əhalisi 17 milyon olan ölkədə virusa yoluxanların sayı bir milyon nəfəri keçib.

Niderlandda COVID-19-a ilk yoluxma faktı 2020-ci il fevralın 27-də aşkarlanıb. İndiyədək 14 mindən çox insan pandemiyanın qurbanı olub.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  



Xəbər lenti