Koronavirusa yoluxma sayı 106 milyonu keçdi

 Koronavirusa yoluxma sayı 106 milyonu keçdi
  07 Fevral 2021    Oxunub:2544
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 106 milyonu ötüb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, dünya üzrə yoluxma sayı 106 milyon 348 min 130 nəfərə çatıb. Pandemiya qurbanlarının sayı 2 milyon 320 min 580 nəfərdir. İndiyədək 77 milyon 984 min 389 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Hazırda 104 min 356 xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Son günlər koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatına əsasən, ötən sutka ərzində 460 906 nəfər koronavirusa yoluxub, 15 407 pasiyent dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  



Xəbər lenti