COVID-19: Ermənistanda ölü sayı 3117-yə çatdı

  COVID-19:  Ermənistanda ölü sayı 3117-yə çatdı
  07 Fevral 2021    Oxunub:2827
Ermənistanda son sutka ərzində daha 151 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 168 088 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 3 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3117-yə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 779 nəfərdir. Aktiv xəstələrin sayı 4472 nəfər təşkil edir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   virus  





Xəbər lenti