İran Rza Zərrabdan imtina edir

İran Rza Zərrabdan imtina edir
  19 Fevral 2014    Oxunub:1023
İran-Türkiyə Parlamentlərarası dostluq qrupunun sədri Müəyyid Hüseyni Sədr Türkiyədə həbs olunan iran əsilli Rza Zərrab məsələsinə münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, bu haqda danışmaq istəmədiyini bildirən Sədr qeyd edib ki, Rza Zərrabdan söhbət açmağı sevmir:

“Rza Zərrab mövzusu mənim sahəmlə bağlı deyil. Hətta mən bu mövzunu sevmirəm, amma bildiyim qədəri ilə Zərrab ticarətçi və iş adamı olaraq Türkiyədə bəzi işlər həyata keçirib. Amma o işlərin İran İslam Respublikası ilə heç bir bağlılığı yoxdur”.

Qeyd edək ki, Rza Zərrab dekabrın 17-də başladılan korrupsiya və rüşvət əməliyyatı çərçivəsində həbs olunub.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti