Hərbi çevriliş olan ölkədə kütləvi etirazlar başlayıb

Hərbi çevriliş olan ölkədə kütləvi etirazlar başlayıb
  07 Fevral 2021    Oxunub:2625
Myanmanın Yanqonda şəhərində hərbi çevrilişə qarşı dinc etiraz aksiyası keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Etirazçılar ölkənin dövlət müşaviri Aun San Suu Çji və hakimiyyətin ələ keçirilməsi nəticəsində tutulan digər şəxslərin sərbəst buraxılmasını tələb ediblər. Çevrilişin təşəbbüskarları etirazların qarşısını almaq məqsədi ilə provayderlərə istifadəçilərin sosial şəbəkələrə girişlərini məhdudlaşdırmağı əmr edib. Nümayiş zamanı heç bir toqquşma qeydə alınmayıb.

Öz növbəsində, "Reuters" sosial şəbəkələrdə yayımlanan videoya istinad edərək Myavadi şəhərində polisin daha bir etiraz mitinqini dağıtdığını və atəş səslərinin eşidildiyini yazıb. Bu ərəfədə ölkə sakinləri də hakimiyyətin hərbçilər tərəfindən ələ keçirilməsinə etiraz edərək küçələrə axışıblar.

Qeyd edək ki, fevralın 1-də Myanma ordusu bir il müddətinə fövqəladə vəziyyət elan edib və 2020-ci ilin noyabr seçkilərində genişmiqyaslı saxtakarlığın olması ilə əlaqədar ölkə başçısını vəzifəsindən uzaqlaşdırıb. Hərbçilər hakimiyyətin silahlı qüvvələrin baş komandanı Min Aun Xlainə keçdiyini bildiriblər. Bununla yanaşı, vitse-prezident Myint Sveni müvəqqəti prezident təyin ediblər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Myanma   etiraz  





Xəbər lenti