Digər çıxış edənlər də şücaəti ilə ömrünün gənclik çağında tarixə və gənc nəslin qəlbinə adını yazan qəhrəmanın yüksək Vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığını vurğulayıblar. Qeyd olunub ki, igidimizin göstərdiyi rəşadət dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.
Mərasimdə Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üzərinə tər güllər düzülüb.
Tədbir çərçivəsində Müdafiə Nazirliyinin hərbi qulluqçuları Mübariz İbrahimovun ailəsinə baş çəkərək valideynləri ilə də görüşüblər.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


