İranda koronavirusdan ölənlərin sayı azaldı

İranda koronavirusdan ölənlərin sayı azaldı
  07 Fevral 2021    Oxunub:2432
İranda son sutka ərzində 7065 nəfər koronavirusa yoluxub, 57 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların sayı 1 466 435, ölənlərin sayı isə 58 469 nəfərə çatıb.

Hazırda xüsusi xəstəxanalarda müalicə alan 3789 xəstənin vəziyyəti ağır olaraq qalır. İranda indiyədək 1 253 554 nəfər koronavirusdan sağalıb.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti