Polşada hamilələr üçün “ağlama otaqları” yaradılacaq

Polşada hamilələr üçün “ağlama otaqları” yaradılacaq
  07 Fevral 2021    Oxunub:3484
Polşa Ədliyyə Nazirliyi hamilə qadınlar üçün "ağlama otaqları" yaratmağı təklif edib.
Azvision.az xəbər verir ki, bu barədə "Notes from Poland" portalı məlumat yayıb.

Bildirilib ki, Konstitusiya Məhkəməsinin abortun qadağan edilməsi barədə qərarı qüvvəyə minəndən sonra hamilə qadınların dəstəyə ehtiyacı var. Təşəbbüs müəlliflərinin fikrincə, hamilə qadınlar ağlamaq üçün bu cür otaqları ziyarət edə bilər. Bundan əlavə, onlara psixoloji və sosial dəstək verməyi planlaşdırırlar.

Qeyd edək ki, Polşada abort 1933-cü ildən qadağan edilib. İstisnalara hamiləliyin qadının həyatı və ya sağlamlığı üçün təhlükə yaratması, sağalmaz xəstəlik riski olduğu və ya hamiləliyin təcavüz nəticəsində meydana gəldiyi hallar aiddir. Polşa Konstitusiya Məhkəməsi bu yaxınlarda hamiləliyin dayandırılmasının səbəblərini azaldan qərar verib. Bundan sonra Varşavada və ölkənin digər bölgələrində bu günə qədər dayanmayan genişmiqyaslı etiraz aksiyaları başlayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Polşa   doğum  





Xəbər lenti