Almaniya müdafiə xərclərini rekord həddə çatdırdı

Almaniya müdafiə xərclərini rekord həddə çatdırdı
  08 Fevral 2021    Oxunub:2246
Almaniya hökuməti ölkənin müdafiə xərclərini rekord - 53,03 milyard avroya çatdırmaq niyyətindədir. Bu rəqəmlər keçən ilin göstəricilərindən 3,2% çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə “DPA” agentliyi Almaniyanın NATO-ya təqdim etdiyi sənədə istinadən məlumat yayıb.

“NATO ümid edir ki, Almaniya kimi ölkələr tərəfindən xərclərin artırılması, ittifaqın yükünün ədalətli bölüşdürülməsini tələb edən ABŞ-la fikir ayrılıqlarının həllinə kömək edəcək”,- deyə məlumatda bildirilib.

Qeyd edilib ki, 2020-ci ildə Almaniyanın müdafiə xərcləri 51,39 milyard avro olub. Bu, ÜDM-nin 1,57% -ni təşkil edib.

Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti