İranda səfərdə olan italyan İslamı qəbul etdi

İranda səfərdə olan italyan İslamı qəbul etdi
  08 Fevral 2021    Oxunub:2208
İranda turist səfərində olan İtaliya vətəndaşı Sandro Fiore İslam dinini qəbul edərək müsəlman olub.
Fiore Hürrəməbad şəhərinin imamı Höcətulislam Əhməd Rza Şahruxa müraciət edərək İslam dinini qəbul etmək arzusunda olduğunu bildirib.

O, İslam dininin insanda əxlaqi keyfiyyətləri yüksəltdiyini və dünyanı daha dərindən dərk etməkdə köməklik göstərdiyini deyib.

İmam Fioreyə İslam dininin mənəvi prinsipləri, üstünlükləri barədə geniş məlumat verib və ingilis dilinə tərcümə edilmiş Quran bağışlayıb.

Azvision.az


Teqlər: İtaliya   İran   Müsəlman  





Xəbər lenti