Keçmiş dövlət katibi 101 yaşında vəfat edib

  07 Fevral 2021    Oxunub : 1851
Keçmiş dövlət katibi 101 yaşında vəfat edib
ABŞ-ın keçmiş dövlət katibi Corc Şultz vəfat edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin 60-cı dövlət katibi 101 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Şultz ABŞ prezidentləri Riçard Nikson və Ronald Reyqan administrasiyalarında yüksək vəzifələrdə çalışıb. O, ölkə tarixində ən nüfuzlu dövlət katiblərindən biri olub.

Azvision.az

Teqlər: CorcŞults