Bir gündə yoluxma sayı 432 mindən çox artdı

Bir gündə yoluxma sayı 432 mindən çox artdı
  08 Fevral 2021    Oxunub:2285
Dünyada koronavirusa yoluxanların sayı 432 mindən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında qeyd olunub.

Məlumata görə, ötən sutka ərzində 432 332 nəfər koronavirusa yoluxub, 11 752 pasiyent dünyasını dəyişib. Yoluxanların ümumi sayı 105 394 301, ölənlərin sayı isə 2 302 302 nəfər təşkil edir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  



Xəbər lenti