Dünyada koronavirusla bağlı son vəziyyət

 Dünyada koronavirusla bağlı son vəziyyət
  08 Fevral 2021    Oxunub:2036
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 106 milyon 685 min 660 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 327 min 308 nəfərdir. İndiyədək 78 milyon 385 min 220 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatına əsasən, ötən sutka ərzində 432 332 nəfər koronavirusa yoluxub, 11 752 pasiyent dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti