65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır
Azvision.az xəbər verir ki, bu kateqoriyadan olan vətəndaşlar randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-də başlanılıb. Ölkədə Çinin "Sinovac" şirkətinin istehsal etdiyini "Coronovac" vaksinindən istifadə olunur.
Azvision.az
Teqlər: Vaksinasiya







Vaxtında, Aydın, Lazımlı!


