Amerikalıların 56 faizi Trampın impiçmentini dəstəkləyir

 Amerikalıların 56 faizi Trampın impiçmentini dəstəkləyir
  08 Fevral 2021    Oxunub:1791
Amerikalıların ən azı 56%-i Senatda ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı impiçment prosesini dəstəkləyir.
Azvision.az xəbər verir ki, bunu “ABC News”un “Ipsos” araşdırma şirkəti ilə birlikdə apardığı sorğunun nəticələri göstərir.

Respondentlərin 56% -i hesab edir ki, keçmiş prezident Tramp mühakimə olunmalı, onun dövlət vəzifəsində çalışmasına qadağa qoyulmalıdır. Eyni zamanda, 43% Trampla bağlı Senatdakı müzakirələrə qarşı çıxıb.

Sorğuya əsasən, respublikaçıların 15% -i keçmiş prezidentə qarşı ittihamları dəstəkləyir. Demokratlar arasında dəstək daha yüksəkdir - 92%.

Sorğu 5-6 fevral 2021 tarixlərində 508 nəfərin iştirakı ilə aparılıb.

Qeyd edək ki, Donald Trampın Senatda impiçmenti prosesi 9 fevralda başlayacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: impiçment  



Xəbər lenti