Çavuşoğlu ərəb ölkələrinə səfər edəcək

Çavuşoğlu ərəb ölkələrinə səfər edəcək
  08 Fevral 2021    Oxunub:1559
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 9-11 fevral tarixlərində Küveyt, Oman və Qətərə rəsmi səfərlər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Çavuşoğlu səfərlər zamanı həmkarları, eyni zamanda digər yüksək səviyyəli səlahiyyətlilərlə danışıqlar aparacaq.

Görüşlərdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri nəzərdən keçiriləcək, cari regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Nazir Çavuşoğlu, həmçinin bu ölkələrdə fəaliyyət göstərən türk iş adamları ilə bir araya gələcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MövludÇavuşoğlu  





Xəbər lenti