Ceyhun Bayramov Vendi Mortonla sabah görüşəcək

 Ceyhun Bayramov Vendi Mortonla sabah görüşəcək
  08 Fevral 2021    Oxunub:1688
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 9-da Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Mortonla görüşəcək.
Azvision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində məlumat paylaşılıb.

Xatırladaq ki, Morton bu gün Azərbaycana ilk dəfə səfərə gəlib.

Britaniyalı rəsmi xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq - Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında iştirak edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CeyhunBayramov  





Xəbər lenti