Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

Ermənistanda koronavirusdan ölənlərin sayı artdı
  08 Fevral 2021    Oxunub:1612
Ermənistanda son sutka ərzində daha 89 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 168 177 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 6 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3123-ə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 783 nəfərdir. Aktiv xəstələrin sayı 4395 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti