Rusiyada koronavirusdan ölüm sayı 77 mini ötdü

Rusiyada koronavirusdan ölüm sayı 77 mini ötdü
  08 Fevral 2021    Oxunub:1689
Rusiyada son sutka ərzində koronavirusa 15 916 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 983 197 nəfərə çatıb.

Rusiyada son sutkada 407 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 77 068 nəfərdir. İndiyədək 3 472 091 nəfər saxlanılıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti