Britaniyalı nazir qadın sığınacağına baş çəkdi

Britaniyalı nazir qadın sığınacağına baş çəkdi
  08 Fevral 2021    Oxunub:1767
Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycanda qadın sığınacağına baş çəkib.
Azvision.az xəbər verir ki, bu barədə nazir “Tvitter” hesabında yazıb.

Nazir bildirib ki, məişət zorakılığının qurbanları ilə söhbət edib, onların hekayələrini dinləyib.

"Gender əsaslı zorakılıq böyük bir problemdir. Azərbaycanın məişət zorakılığına qarşı mübarizə məqsədilə Milli Fəaliyyət Planının olması çox yaxşıdır. Mən ən qısa müddətdə İstanbul Konvensiyasını imzalamağı təşviq edirəm", - deyə Morton qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Britaniya   Nazir  





Xəbər lenti