Dövlət Xidməti: Süni qiymət artımı aşkar edilməyib

  Dövlət Xidməti:  Süni qiymət artımı aşkar edilməyib
  08 Fevral 2021    Oxunub:2676
Aparılmış təhlillər zamanı əsassız qiymət artımına yol verilməsi halları aşkar edilməyib.
Bu barədə Azvision.az -a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, belə halların vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə bir sıra  ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin gündəlik monitorinqi aparılır.

Xidmətdən qeyd edilib ki, monitorinqlərin nəticələri təhlil olunaraq, rəqabətin pozulması hallarının olub-olmaması araşdırılır.

Diqqətə çatdırılıb ki, qanun pozuntuları aşkar edildiyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək, habelə cinayət tərkibli hallar aşkar edildikdə toplanmış materiallar hüquq mühafizə orqanlarına göndərilicək.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qiymətartımı  





Xəbər lenti